Şeydayev komandası ilə məşqlərə qoşuldu

ESTAFET/ Rusiyanın “Krılya Sovetov” klubunun milli komandalara dəvət alan futbolçuları düşərgəyə qayıdıb. UEFA Millətlər Liqasının Farer adaları və Malta ilə oyunları üçün Azərbaycan millisinə dəvət alan Ramil Şeydayev də artıq Samara təmsilçisinin düşərgəsindədir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

22 yaşlı futbolçu “Krılya Sovetov”un Rusiya Premyer Liqasının 11-ci turunda oktyabrın 19-da səfərdə "Ural"la keçirəcəyi oyunun hazırlığında iştirak edib.

 

 

Müəllif: Natiq NƏSİROV