KLUBLARARASI AVROPA ÇEMPİONATI: IV TUR

ESTAFET/ Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Çempionatı davam edir. Bu gün Çempionatda üçüncü turun oyunları keçirilir. Kişilərdən ibarət "Odlar Yurdu" komandası Çempionatın reytinq favoriti olan "Sibir" (Rusiya) komandası ilə görüşüb və görüş 3-3 hesaı ilə başa çatıb.

 

Qadınlarmızın "Odlar Yurdu" isə güclü "Nona" (Gürcüstan) komandası ilə qarşılaşıb. Komandamızın üzvlərindən Nərmin və Aydan oyunu çox uzatmadan heç-heçəyə razılaşıblar. Ardınca Zeynəb Nana Caqnidzeyə məğlub olub və komandamız hesabda geri düşüb. Bundan sonra ötən turda olduğu kimi, əsas yük komandanın lideri Gülnar Məmmədaovanın üzərinə düşüb və Gülnar bu vəzifənin öhdəsindən layiqi ilə gəlib. Belə ki, o güclü gürcü şahmatçısı Nino Batsiaşvilini görüşün 75-ci gedişində məğlubiyyəti qəbul etməyə məcbur edib. Bununla da komandamız məğlubiyyətdən qurtulub və vacib görüşdən aktivinə 1 xal yazdırmağı bacarıb.  

 

Kişilər
 
Sibir (Rusiya, 2745) - Odlar Yurdu (Azərbaycan, 2669) 3-3
Vladimir Kramnik (2810) - Rauf Məmmədov (2684) 0,5-0,5
Aniş Giri (2767) - Teymur Rəcəbov (2696) 0,5-0,5   
Aleksandr Qrişuk (2751) - Arkadiy Naydiç (2686) 0-1
Evgeniy Tomaşevskiy (2722) - Eltac Səfərli (2694) 0,5-0,5
Li Çao (2730) - Vasif Durarbəyli (2606) 0,5-0,5

Anton Korobov (2689) - Nicat Abbasov (2565) 1-0

 

Qadınlar
 
Nona (Gürcüstan, 2451) - Odlar Yurdu (Azərbaycan, 2349) 2-2 
Nana Caqnidze (2507) - Zeynəb Məmmədyarova (2338) 1-0
Nino Batsiaşvili (2489) - Gülnar Məmmədova (2364) 0-1
Bela Xotenaşvili (2426) - Nərmin Kazımova (2323) 0,5-0,5

Salome Meliya (2393) - Aydan Hoccətova (2316) 0,5-0,5