Boksçularımız bürünc üçün döyüşəcəklər
ESTAFET/ Argentinanın paytaxtı Buenos Ayresdə Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının boks üzrə yarışlarında yarımfinal görüşləri keçirilir. Finala gedən yolda artıq Azərbaycan millisinin hər 2 üzvü qüvvəsini sınayıb.
Vaqif Şirinovun yetirmələrindən Nurlan Səfərov (60 kq) taylandlı Atiçay Foemsapla ilə üz-üzə gəlib. Avropa çempionumuz ilk görüşündəki uğurunu davam etdirə bilməyib. Nurlan 0:5 (27:30, 27:30, 27:30, 27:30, 27:30) hesabı ilə uduzub. Məğlubiyyətə baxmayaraq, Səfərov medal şansını qoruyur. Həmyerlimiz 3-cü yer uğrunda misirli Marvan Mamdou Muhamedlə gücünü yoxlayacaq. Döyüş sabah yerli vaxtla saat 18:15-də (Bakı vaxtı ilə saat 01:15) başlanacaq.
69 kq çəki dərəcəsində mübarizə aparan Nicat Həsənov da yarımfinalda büdrəyib. Avropa çempionatının gümüş medalçısı Yassin Elouarza (Mərakeş) məğlub olub – 1:4 (27:30, 27:30, 28:29, 28:29, 29:28). Həsənov bürünc medal üçün özbəkistanlı Caxongir Raxmonovla qarşılaşacaq. Bu döyüş də sabah olacaq və Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.