ŞƏHRİYAR QƏLƏBƏLƏRİNİ SIRALAYIR
ESTAFET/ Xəbər verdiyimiz kimi, Serbiyanın Novi Sad şəhərində şahmat üzrə klublararası Avropa Çempionatı keçirilir. Çempionatda Azərbaycan həm kişilərdən, həm də qadınlardan ibarət "Odlar Yurdu" komandası ilə təmsil olunur.
Bundan başqa, şahmat yığmamızın lideri, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov (2762) da çempionatda öz zəkasını göstərir. Meydan sahiblərinin "VKS Sv.Nikolay Srpski" komandasının şərəfini qoruyan zəka ustamız keçirilən ilk 3 turda birinci lövhədə hər 3 görüşünü qələbə ilə başa vurub. Şəhriyar bugünkü görüşdə dünya reytinqinin 3-cü şahmatçısı olan fransiz Maksim Vaşyer-Laqravı (2811) 36-cı gedişdə mat edib.