Dabo "Qəbələ" ilə oyunu buraxa bilər

ESTAFET/ "Neftçi” futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının 8-ci turu çərçivəsində qarşılaşacağı "Qəbələ” ilə oyunun hazırlığını davam etdirir. Komanda bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb.

 

Məşqdə Ruslan Abışov, Haiti milli komandasının düşərgəsindən qayıtmaqda olan Soni Mustivar və yüngül zədəsi olan Baqali Dabo iştirak etməyiblər. Fransalı futbolçunun "Qəbələ” ilə oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır. Hazırlığa sabah oyunöncəsi son məşqlə yekun vurulacaq.

 

 

Xatırladaq ki, Topaz Premyer Liqasının 8-cu turu çərçivəsində oktyabrın 20-də Qəbələ şəhər stadionunda keçiriləcək "Qəbələ” – "Neftçi” oyunu saat 17:00-da başlanacaq. 

Müəllif: Bəhruz MƏMMƏDOV