Gənc cüdoçularımız üçün uğursuz gün
ESTAFET/ Xəbər verdiyimiz kimi, Baham adalarında gənc cüdoçular arasında dünya çempionatı keçirilir. Bu gün mundialda ikinci yarış günü idi. Öncədən qeyd edək ki, gün cüdoçularımız üçün uğursuz alınıb.
Tatami oğlanların yarışında 66 və 73 kq, qızlarda isə 52 və 57 kq çəki dərəcələrində mübarizə aparan cüdoçuların ixtiyarına verilmişdi.
Millimiz oğlanların yarışında 66 kq çəki dərəcəsində təmsil olunmurdu. 73 kq çəkidə isə Hasil Cəfərovla mübarizəyə qoşulmuşduq. Lakin elə ilk görüşdən cüdoçumuz ağır vəziyyətlə qarşılaşıb. Meksikalı cüdoçu Jilberto Kardozo ilə görüşündə rəqibin boğucu fəndinə düşən Hasil tatamini həkimlərin köməyi ilə tərk edə bilib.
Qızların yarışında 52 kq-da təmsil olunmurduq. 57 kq çəki dərəcəsində mübarizə aparan İçinxorlu Munxtsedev ilk görüşündə polşalı rəqibindən üstün olub. İkinci görüşünü fransız Sara Leoniyə qarşı keçirən "təmsilçimiz" tatamini məğlub tərk edib.