Son oyun qolsuz başa çatdı: Serie A - IX tur
ESTAFET/ Futbol üzrə İtaliya A Seriyasında 9-cu turun oyunlarına yekun vurulub.
Turun ilk oyun günündə "Roma" evində gözlənilməz məğlubiyyətlə üzləşib. "Yuventus" isə "Cenoa"nın müqavimətini qıra bilməyib. "Napoli" isə "Udineze" səfərindən inamlı qələbə ilə dönüb.
“Latsio” səfərdə “Parma”nı 2 cavabsız qolla üstələyib. “Atalanta” isə “Kyevo”nu darmadağın edib.
Bol qollu keçən “Frozinone” - “Empoli” və “Bolonya” - “Torino” oyunlarında qalib müəyyənləşməyib. “Fiorentina” da evdə “Kalyari” ilə “sülh bağlayıb”.
Turun mərkəzi qarşılaşması isə Milanda baş tutub. Milan şəhərinin iki təmsilçisi - “İnter” və “Milan” üz-üzə gəlib. Derbidə son dəqiqə qolu ilə sevinən tərəf "İnter" olub.
Turun son oyununda "Sampdoriya" "Sassuolo"nu qəbul edirdi. Tərəflərin cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb.
İtaliya A Seriyası, 2018/2019 mövsümü
9-cu turun oyunları
20 oktyabr 2018
Roma - SPAL 0:2
Qollar: Petanya 38 (p.), Bonifazi 56
Yuventus - Cenoa 1:1
Qollar: Ronaldo 18 : Bessa 67
Udineze - Napoli 0:3
Qollar: Ruis 14, Mertens 82 (p.), Roq 85
21 oktyabr 2018
Frozinone - Empoli 3:3
Qollar: Silvestre 8 (ö.q.), Ciofani 54 (p.), 63 : Zayç 32, Silvestre 48, S.Uçan 79
Kyevo - Atalanta 1:5
Qollar: Birsa 84 (p.), : De Roon 25, İliçiç 28, 50, 52, Qosens 72
Bolonya - Torino 2:2
Qollar: Santander 59, Kalabresi 77 : Falke 13, Baselli 54
Parma - Latsio 0:2
Qollar: İmmobile 81 (p.), Korrea 90
Fiorentina - Kalyari 1:1
Qollar: Veretu 60 : Pavoletti 69
İnter - Milan 1:0
Qol: İkardi 90+2
22 oktyabr 2018
Sampdoriya - Sassuolo 0:0