Elmir Vəliyev istefa verdi

ESTAFET/ “Kəpəz” Peşəkar Futbol Klubu İctimai Birliyinin İdarə Heyətinin sədri Elmir Vəliyev tutduğu vəzifədən istefa verib. Klubun rəsmi saytında yerləşdirilən məlumata görə, o, bunu işlərinin çoxluğu ilə əlaqələndirib. Elmir Vəliyevin yerinə hələlik heç bir təyinat yoxdur.

 

Xatırladaq ki, Elmir Vəliyev 2015-ci ilin may ayından “Kəpəz” PFK İctimai Birliyinin İdarə Heyətinin sədri idi. 

Müəllif: Natiq NƏSİROV