19 yaşlılarımız bu dəfə məğlub oldu

ESTAFET/ Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoxlama oyununu keçirib. Qarşılaşma 2:1 hesabı ilə Bolqarıstan yığmasının xeyrinə başa çatıb. Yığmamızın heyətində Kamran Quliyev fərqlənib.


Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl baş tutan oyunda 0:0 hesablı heç-heçə qeydə alınmışdı. 

Müəllif: Natiq NƏSİROV