17 yaşlılarımız 2-ci məğlubiyyətini aldı

ESTAFET/ 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində yığmamız bu gün ikinci oyununu keçirib. Yeniyetmələrimiz Albaniyanın Lişniya şəhərindəki "Roza Hahiu" stadionunda Çexiya yığması ilə qarşılaşıb

 

Millimiz qrupda 2-ci matçında da meydanı məğlub tərk edib. 1-ci yerdə olan Çexiya hər hissədə bir dəfə qapımıza yol tapıb. 2-ci qolun müəllifi Adam Hlozek fasiləyədək penaltidən yaralana bilməyib.

 

Qrupdan çıxmaq şansı minimum olan yeniyetmələrimiz son oyununu oktyabrın 28-də Bakı vaxtilə saat 14:00-da meydan sahiblərinə qarşı keçirəcək. 

 

26 oktyabr 2018

Azərbaycan - Çexiya  0:2

Qollar: Vajtex Voyatçke, 9, Adam Hlozek, 88.

28-ci dəqiqədə Adam Hlozek penaltidən dəqiq istifadə etməyib.

Baş hakim: Boris Marhefka (Slovakiya)

Baş hakimin köməkçiləri: Tomaş Vorel (Slovakiya), Elis Pulaj (Albaniya)

Dördüncü hakim: Florian Lata (Albaniya) 

 

Azərbaycan: 22. Rüstəm Samiqullin, 2. Nika Baçalaşvili, 4. Rüfət Əhmədov, 5. Nazim Həsənzadə, 6. Nemət Musayev, 7. Rauf Məhərrəmov, 8. Fərid Yusifli, 9. Musa Qurbanlı, 10. Veysəl Rzayev (k), 14. Nemət Şıxəmirov, 20. Ruslan Qabayev

Ehtiyat oyunçular: 1. Vüsal Şabanov, 12. Eldar Tağızadə, 11. Cavidan Abbaszadə, 13. İbrahim Novruzov, 15. Fərid Muxtarov, 17. Şirin Şirinov, 18. Camal Cəfərov, 19. Samir Abdullayev

Baş məşqçi: Ramin Quliyev

 

Çexiya: 1. Adam Stejskal, 3. Yan Hellebrand, 4. Petr Kurka, 5. Tomas Hajek, 6. Lukas Hronik,n8. Vajtech Vojatschke, 9. Antonin Svoboda, 10. Adam Hlozek (k), 12. Stepan Stary, 18 Jozef Kazeluh, 20. Lukas Vorlicky

Ehtiyat oyunçular: 16. Horniçek, 2. Adam Ritter, 7. David Pech, 11. Jachym Sip, 13. Matys, 14. Gedeon, 15. Novaçek, 17. Filip Silhart, 19. Vaclav Sejk

Baş məşqçi: Vaclav Kotal

 

Müəllif: Bəhruz MƏMMƏDOV