Türklər üçün uğursuz, ukraynalılar üçün uğurlu gecə: AL - qrup mərhələsi
ESTAFET/ Futbol üzrə UEFA Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib. E qrupunda yer alan "Qarabağ" Bakı Olimpiya Stadionunda Ukrayna "Vorskla"sı ilə üz-üzə gəlib və minimal hesabla məğlub olub.
“Köhlən atlar”ın qrupdakı rəqibləri - Portuqaliya "Sportinq"i evdə "Arsenal"la qarşılaşıb. Bu oyunda da London təmsilçisi minimal hesabla üstün olub.
Azərbaycan millisinin üzvü Riçard Almeydanın çıxış etdiyi "Astana" səfərdə Çexiya "Yablonets"i ilə münasibətlərə aydınlıq gətirib. İki qolun qeydə alındığı bu qarşılaşmada qalib müəyyənləşməyib.
Avropa Liqası, 2018/2019 mövsümü
Qrup mərhələsi, 3-cü turun oyunları
25 oktyabr 2018
A qrupu
AEK (Larnaka, Kipr) - Ludoqorets (Bolqarıstan) 1:1
Qollar: Larena 25 (p.) : Lukoki 7
Sürix (İsveçrə) - Bayer (Leverkuzen, Almaniya) 3:2
Qollar: Markesano 44, Domqyoni 59, Odey 78 : Bellarabi 49, 53
B qrupu
Leyptsiq (Almaniya) - Seltik (Şotlandiya) 2:0
Qollar: Kunya 31, Bruma 35
Zaltsburq (Avstriya) - Rusenborq (Norveç) 3:0
Qollar: Dabbur 34, 59 (p.), Volf 53
C qrupu
Kopenhagen (Danimarka) - Slaviya (Praqa, Çexiya) 0:1
Qol: Matuşek 46
Zenit (Rusiya) - Bordo (Fransa) 2:1
Qollar: Dzyuba 40, Kuzyayev 85 : Briand 26
D qrupu
Anderlext (Belçika) - Fənərbaxça (Türkiyə) 2:2
Qollar: Bakkali 35, 50 : Frey 53, H.A.Kaldırım 57
Spartak (Trnava, Slovakiya) - Dinamo (Zaqreb, Xorvatiya) 1:2
Qollar: Qorbani 32 : Qavranoviç 64, Orsiç 77
E qrupu
Qarabağ (Azərbaycan) - Vorskla (Poltava, Ukrayna) 0:1
Qol: Kulaç 48
Sportinq (Lissabon, Portuqaliya) - Arsenal (İngiltərə) 0:1
Qol: Uelbek 78
F qrupu
Milan (İtaliya) - Betis (İspaniya) 1:2
Qollar: Kutrone 83 : Sanabria 30, Lo Selso 54
Düdelanj (Lüksemburq) - Olimpiakos (Yunanıstan) 0:2
Qollar: Torosidis 66, Fortunis 81
G qrupu
Reyncers (Şotlandiya) - Spartak (Moskva, Rusiya) 0:0
Vilyarreal (İspaniya) - Rapid (Vyana, Avstriya) 5:0
Qollar: Fornals 26, Ekambi 30, Baraç 45 (ö.q.), Raba 63, Moreno 85
H qrupu
Ayntraxt (Almaniya) - Apollon (Kipr) 2:0
Qollar: Kostiç 13, Haller 32
Marsel (Fransa) - Latsio (İtaliya) 1:3
Qollar:Payet 86 : Uolles 10, Kaysedo 59, Marusiç 90
I qrupu
Beşiktaş (Türkiyə) - Genk (Belçika) 2:4
Qollar: V.Lav 74, 86 : Samata 23, 70, Ndonqala 81, Pyotrovski 83
Sarpsporq (Norveç) - Malmö (İsveç) 1:1
Qollar: Halvorsen 87 : Vindheym 79
J qrupu
Sevilya (İspaniya) - Akhisarspor (Türkiyə) 6:0
Qollar: Mesa 7, Sarabiya 9 (p.), Lukaç 35 (ö.q.), Muriel 50, Promes 60, Merkado 67
Standard (Lyej, Belçika) - Krasnodar (Rusiya) 2:1
Qollar: Emond 47, Laifis 90 : Ari 39
K qrupu
Yablonets (Çexiya) - Astana (Qazaxıstan) 1:1
Qollar: Povazaneç 4 : P.Enrike 11
Renn (Fransa) - Dinamo (Kiyev, Ukrayna) 1:2
Qollar: Qrenye 40 : Kedziora 21, Buyalski 89
L qrupu
Çelsi (İngiltərə) - BATE (Belarus) 3:1
Qollar: Loftus-Çik 2, 8, 54 : Rios 79
PAOK (Yunanıstan) - Videoton (Macarıstan) 0:2
Qollar: Huşti 12, Stopira 45