İslam Abbasov yarımfinalda: DÇ-2018

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir. Yarışın 7-ci günündə daha üç yunan-Roma güləşçimiz mübarizəyə qoşulub. Onlardan biri təsnifat, ikisi isə 1/16 final mərhələsindən mundiala start verib.


Avropa çempionatının gümüş medalçısı Murad Məmmədov qırğız güləşçiylə görüşdə 8:1 önə keçsə də, ikinci hissədə ani diqqətsizlik nəticəsində tuşe ilə uduzub.


İslam Həmrəyliyi Oyunlarının qalibi Kamran Məmmədov 1/16 finalda erməni güləşçiylə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən prinsipial görüşdə həmyerlimiz 2 xalı birbaşa qazandığı üçün növbəti mərhələyə adlayıb. Kamran 1/8 finalda ukraynalı güləşçini də üstələyib. Ancaq Məmmədov 1/4 finalda ikiqat Avropa çempionu olan rusiyalı güləşçiylə bacarmayıb.


Gənclər arasında ikiqat dünya və üçqat Avropa çempionu İslam Abbasov 1/16 finalda yamaykalı rəqibinə qalib gəlib. Həmyerlimiz növbəti mərhələdə yunan həmkarına heç bir şans tanımayıb. İslam 1/4 finalda ötən il 80 kq-da dünya və Avropa ikincisi olmuş Belarus təmsilçisiylə üz-üzə gəlib. Abbasov bu görüşdə də sevinən tərəf olub və adını yarımfinala yazdırıb.


Qeyd edək ki, yarımfinal görüşlərinə Bakı vaxtı ilə 19.00-da start veriləcək.

 

60 kq
Təsnifat: Murad Məmmədov - Kali Süleymanov (KGZ) 8:5 -:+ (tuşe)

 

67 kq
1/4 final: Kamran Məmmədov - Artyom Surkov (RUS) 1:5
1/8 final: Kamran Məmmədov - Denis Demyankov (UKR) 7:3
1/16 final: Kamran Məmmədov - Karen Aslanyan (ARM) *2:2

 

87 kq
Yarımfinal: İslam Abbasov - Jan Belenyuk (UKR)
1/4 final: İslam Abbasov- Radik Quliyev (BLR) 4:1
1/8 final: İslam Abbasov - Dimitrios Tsekeridis (GRE) 11:2
1/16 final: İslam Abbasov - Lesyan Kusin Otomu (JAM) 5:2 

Müəllif: Natiq NƏSİROV