"Bütün gücümüzü meydanda qoyduq": Vladimir Çesnakov

ESTAFET/ “Qarabağ”a qalib gəlmək üçün bütün gücümüzü meydanda qoyduq. Hətta oyundan sonra paltardəyişmə otağında sevinməyə gücümüz qalmamışdı". Bu sözləri “Vorskla”nın kapitanı Vladimir Çesnakov Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda "Qarabağ"la keçirilən görüşdən (1:0) sonra bildirib.

 

30 yaşlı ukraynalı müdafiəçi öz ölkəsinin mətbuatına açıqlamasında Bakıda tarixi qələbə qazandıqlarını bildirib: “Hələ onu dərk etmirik ki, qələbə qazanmışıq. Bu, tarixi qələbə oldu. Çünki Avropa Liqasının qrup mərhələsində ilk qalibiyyətimiz idi. Poltavalı azarkeşlərimizin hamısını təbrik etmək istəyirəm".  

Müəllif: Bəhruz MƏMMƏDOV