Elvin Mürsəliyev 7-ci oldu: DÇ-2018

ESTAFET/ Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə dünya çempionatı sona çatıb.  Mundialın 8-ci günündə yunan-Roma güləşi üzrə yığmamızın son 3 üzvü mübarizəyə start verib.


Dünya çempionatının ikiqat bürünc medalçısı Elvin Mürsəliyev yarışa inamlı başlayıb. Təcrübəli güləşçimiz polşalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Mürsəliyev 1/8 finalda ABŞ təmsilçisini də üstələyib. Elvin 1/4 finalda ötən il dünya ikincisi olan Rusiya güləşçisiylə qarşılaşıb və rəqibinə yenilib. Ancaq rəqib finala çıxdığı üçün güləşçimiz oktyabrın 28-də təsəlliverici görüşə çıxacaq. Rəqib ötən ilin dünya çempionu Viktor Nemets olub. Hakimlərin mübahisəli qərarları nəticəsində təmsilçimiz məğlub olub və dünya çempionatını 7-ci yerdə bitirib.


Orxan Nuriyev 4 il əvvəl dünya çempionu olmuş Fransa təmsilçisinə məğlub olub. Olimpiadanın bürünc medalçısı Sabah Şəriəti isə ilk mərhələdə ukraynalı həmkarına uduzub.

 

77 kq
Təsəlliverici görüş: Elvin Mürsəliyev - Viktor Nemets (SRB) 1:5
1/4 final: Elvin Mürsəliyev - Aleksandr Çekirkin (RUS) 0:3
1/8 final: Elvin Mürsəliyev - Kamal Amir Bey (USA) 6:2
1/16 final: Elvin Mürsəliyev - İvan Nilipiuk (POL) 9:0

 

97 kq
1/16 final: Orxan Nuriyev - Melonin Numonvi (FRA) 0:4

 

130 kq
Təsnifat: Sabah Şəriəti - Aleksandr Çernetski (UKR) 2:5 

Müəllif: Natiq NƏSİROV