Şimal qərb bölgəsində yarışlara start verildi
ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə bölgə birincilikləri davam edir. Qazax, Ağcabədi və İmişli rayonlarından sonra növbəti region birinciliyi Qaxda keçirilir.
Şimal qərb bölgəsində keçirilən birincilikdə 2005-2007-ci il təvəllüdlü cüdoçular medallar uğrunda mübarizə aparıblar.
Mükafatçılara gəlincə, Samir Əliyev (30 kq), İlkin İbrahimov (34 kq), Oruc Qarayev (38 kq), Kamal Məmmədov (42 kq), Elvin Rəşidov (46 kq), Vüsal Əmirov (50 kq), Vəli Vəliyev (55 kq), Ramal Cavadov (60 kq), Vüsal Əliyev (66 kq), Məhəmməd Əliyev (73 kq) və İbrahim Kərimov (+73 kq) oğlanlar arasında, Rəvanə İsgəndərova (32 kq), Zeynəb Həsənzadə (36 kq), Gülay İsmayılova (40 kq), Aynur Sotiyeva (44 kq), Aytən ƏLiyeva (48 kq), Kamilla Tordiyeva (52 kq) və Aydan Verdiyeva qızlar arasında hamıdan güclü olublar.
Qeyd edək ki, Şimal qərb bölgəsində yarışlara sabah yekun vurulacaq. Region birinciliyinin sonuncu günüdə 2002-2004-cü il təvəllüdlü cüdoçular qüvvəsini sınayacaqlar.