“Qəbələ” – “Herta” oyununun hakimləri müəyyənləşdi

ESTAFET/ UEFA Gənclər Liqasında keçiriləcək “Qəbələ” - “Herta” (Almaniya) oyununa təyinatlar müəyyənləşib. Çempionlar yolunun II mərhələsinin ilk qarşılaşmaları çərçivəsində baş tutacaq matçın hakimləri, hakim-inspektor və UEFA nümayəndəsi bəlli olub.

 

Noyabrın 7-də keçiriləcək oyunu Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Qəbələ şəhər stadionundakı görüşün baş hakimi Daniyar Saxi, onun köməkçiləri isə Rustam Matyakubov və Maral Abdikerov olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Azərbaycan təmsilçisi İnqilab Məmmədov yerinə yetirəcək.

 

Matça AFFA-nın Hakimlər Departamentinin sədri Frits Ştuxlik hakim-inspektor, monteneqrolu Aleksandra Ana Raspopoviç isə UEFA nümayəndəsi kimi təyinat alıb.

 

Xatırladaq ki, noyabrın 7-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Herta” oyunu saat 17:00-da başlayacaq.

 

UEFA Gənclər Liqası

Çempionlar yolu, II mərhələnin ilk oyunu

 

7 noyabr 2018

17:00. “Qəbələ” – “Herta” (Almaniya)

Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)

UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)

Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)

Qəbələ şəhər stadionu 

Müəllif: Natiq NƏSİROV