"İkinci hissədən çox narazıyam": Sənan Qurbanov

ESTAFET/ “Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov futbol üzrə Azərbaycan Topaz Premyer Liqasının X turu çərçivəsində “Sabah”a evdə 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Gənc mütəxəssis əvvəlcə göreş haqda danışıb.


- Bu oyuna qələbə üçün çıxmışdıq. Üç xal çox vacib idi. Oyunçulara davamlı pressinq etmələrini tapşırmışdım. İlk hissədə kifayət qədər imkanlarımız olsa da, istifadə edə bilmədik. İkinci hissədən isə çox narazıyam. Bunu təhlil edəndən sonra fikir söyləyə bilərəm. Əsas 3 xal idi ki, onu qazandıq. Futbolçularımı təbrik edirəm.


- İkinci hissədəki zəif çıxışın səbəbi nə idi?

- İkinci hissədə çox zəif idik. Prsessinq tətbiq edən oyunçular bir az daha müdafiəyə çəkildi. Ona görə ola bilər.

 

- Aqil Məmmədovla Ceyms Adeniyinin oyununda açıq-aşkar irəliləyiş var. Bunu necə dəyərləndirirsiz?

- Ceyms əvvəllər bu qədər yaxşı deyildi. Adaptasiyası bir az gec oldu. Sonradan məşqlərdə özünü yaxşı tərəfdən göstərdi və özünü sübut etdi. Hal-hazırda komandaya tam uyğunlaşıb. Aqil oynamaq üçün çox istəkli idi. Dmitri Bezotosnı isə özünü sübut etmiş qapıçıdı. Onu da oynadacaöımızı bilirik. Hamıya şasn verəcəyik. Əsas komandada sağlam rəqabətin olmasıdı.


- Cavid Hüseynov zədəsi olduğuna görə ehtiyatda idi?

 

- Yox. Əvvəlki oyunlarımızı təhlil edərək bu matç üçün belə bir qərar verdik. Cavid kapitanımız, dəyərli futbolçumuzdu.


- Növbəti həftə "Qarabağ"ın qəbul edirsiniz. Məşqlərə Qəbələdə davam edəcəksiniz, yoxsa Bakıda?
- Əksər futbolçularımız Bakıda yaşayır. Burada qalıb məşq edə bilməyəcəyik. Paytaxta gedib orda bərpa prosesi keçəcək, sonra Qəbələyə dönüb məşqlərimizi edəcəyik.

 

- Yollarda get-gəldə yorulmursunuz?

- Yox. Xoş mənzərəyə şahid oluruq (gülür).


- Təmkin Xəlilzadənin əvəzləməyinizin səbəbi nə idi? O, çox narazı idi, sizinlə görüşmədi, formasını çıxardı...
- Təmkin çox aqressiv futbolçudu. Əvəzləməyə ehtiyac olduğu üçün bu addımı atdım. 

 

Mənbə: Sport24

Müəllif: Estafet.az