19 yaşlı futzalçılarımız gürcülərlə oynayacaq

ESTAFET/ 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması noyabrın 10-da və 11-də Tbilisi şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyunu keçirəcək.

 

Oyunlar müvafiq olaraq saat 19:00-da və 13:00-da başlayacaq. Heyətə dəvət olunmuş futzalçıların siyahısını diqqətinizə çatdırırıq: 

 

Rauf Rüstəmov
Rəfael Mütəllimov
Ceyhun Nuriyev
Turan Əhmədov
Sabir Həsənov
Nurlan Mehdizadə
Niyaz Əhmədov
Nicat Quluzadə
Kənan Əsədli
Fuad Məmmədzadə
Tofiq Hüseynov
Vladislav Reznov
İqbal Pənahov
Hüseyn Qarayev

Müəllif: Natiq NƏSİROV