Şıxəlizadə Özbəkistanda 3-cü yeri tutub

ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində cüdo üzrə Qran Pri yarışına start verilib. Beynəlxalq turnirin ilk günündə cüdoçumuz Nicat Şıxəlizadə bürünc medal qazanıb.

 

66 kq çəki dərəcəsində mübarizə aparan Nicat 3-cü yer uğrunda görüşdə Monqolustan idmançısı Altanşux Dovdonu məğlub edib.Qeyd edək ki, Özbəkistan Qran Prisində 47 ölkədən 349 cüdoçu qüvvəsini sınayır. Azərbaycanı Daşkənd turnirində 11 cüdoçu (8 oğlan, 3 qız) təmsil edir. 

Müəllif: Bəhruz MƏMMƏDOV