RESPUBLİKA BİRİNCİLİYİ BAŞA ÇATIB
ESTAFET/ Gənclər və İdman Nazirliyi və Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə “Şüa” İdman-Sağlamlıq Kompleksində Konstitusiya Gününə həsr olunan 2005-ci il təvəllüdlü və daha az yaşlı oğlan və qızlar arasında Azərbaycan birinciliyi başa çatıb.
Noyabrın 9-da başlayan və şəxsi formatda keçirilən yarışlarda Bakı və regionlardan olan 140-a yaxın idmançı mübarizə aparıb.
Yarışlarda oğlanlar arasında I yeri Məmmədov Emin, II yeri Becanov Xaliq, III yeri Abdulov İlkin və Əhmədzadə Adil, qızlar arasında isə I yeri İranpur Fidan, II yeri Əbilzadə Xədicə, III yeri Rəsulzadə Aysu və Novruzova Hüsniyyə qazanıb.
Sonda qaliblərə Azərbaycan Stolüstü Tennis Federasiyanın diplom və mükafatları təqdim edilib.