Xaçmazda region birinciliyinə yekun vurulub
ESTAFET/ Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən bölgə birinciliklərinə Xaçmazda yekun vurulub. Bu dəfə 2002-2004-cü il təvəllüdlü cüdoçular arasında bütün qaliblərin adlarına aydınlıq gəlib.
Murad Əliyev (46 kq), Oruc Haciyev (50 kq), Ərəbxan Ramazanov (55 kq), Fuad Hüseynov (60 kq), Nihad Adıgözəlli (66 kq), Cəmal Abdullayev (73 kq), Ruslan Əmirxanov (81 kq), Dövlət Bayramov (90 kq) və Vacad Balayev (+90 kq) öz çəki dərəcələrində hamıdan güclü olublar.
Şimal-Şərq bölgəsi üzrə yarışın mükafatçılarına Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və hədiyyələr təqdim olunub.