"Beşiktaş" məğlubiyyətdən qaça bilmədi: Süperlig - XII tur

ESTAFET/ Futbol üzrə Türkiyə Super Liqasında 12-ci turun oyunlarına yekun vurulub. Turun açılış oyununda "Trabzonspor" darmadağınla üzləşib. 

 

İkinci oyun günündə lider "Başakşəhər" və onun yaxın izləyicisi "Qalatasaray" səfərdən qələbə ilə dönməyi bacarıblar. 

 

Turun son oyun günündə mövsümə uğursuz başlayan "Fənərbaxça" evdə qələbə qazana bilib. "Beşiktaş" isə azarkeşləri önündə "Sivasspor" məğlubiyyətindən qaça bilməyib. 

 

 

Türkiyə Super Liqası, 2018/2019 mövsümü
12-ci turun oyunları


9 noyabr 2018

 

Yeni Malatyaspor - Trabzonspor 5:0
Qollar: Gilyerme 36, 64, Aleksiç 38, 48, Butaib 51

 

10 noyabr 2018

 

Ərzurumspor - Göztəpə 2:1
Qollar: Akdağ 28, Antalyalı 53 : Öztəkin 90

 

Konyaspor - Ankaragücü 2:0
Qollar: Fati 56 (ö.q.), Fofana 77

 

Rizəspor - Başakşəhər 1:2
Qollar: Muriqi 79 : Da Kosta 52, Bayiç 64

 

Kayserispor - Qalatasaray 0:3
Qollar: Onyekuru 18, 75, Bayram 88

 

11 noyabr 2018

 

Bursaspor - Kasımpaşa 1:2
Qollar: Ersoy 26 : Diane 22, Trezeqe 48

 

Fənərbaxça - Alanyaspor 2:0
Qollar: Ayyu 19, Frey 31

 

Antalyaspor - Akhisarspor 1:2
Qollar: Doukara 87 : Barbosa 66, Lopes 90

 

Beşiktaş - Sivasspor 1:2
Qollar: Yalçın 11 : Braz 14, Kılınc, 53

Müəllif: Orxan NOVRUZOV