Arveladze istefaya göndərildi

ESTAFET/ Türkiyənin “Kasımpaşa” klubu baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.

Bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.

Gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Uğursuz mövsüm keçirən komanda Superliqada 14 turdan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, Arveladze bu ilin iyun ayında "Kasımpaşa"nın baş məşqçisi təyin edilmişdi. Onunla 1 illik müqavilə imzalanmışdı.

Müəllif: Orxan NOVRUZOV