“Qalatasaray” Salaha görə təklif hazırlayır

ESTAFET/ Türkiyə nəhəngi “Qalatasaray” “Liverpul”un misirli ulduz hücumçusu Məhəmməd Salaha görə təklif hazırlayır.
“Qalatasray” qarşıdakı qış transfer pəncərəsində tamhüquqlu müqavilə gerçəkləşdirməyə hazırdır.
İstanbul klubu Salaha 20-22 milyon avro məbləğ civarında illik əməkhaqqı və əlavə üstəlik təklif etmək niyyətindədir. Salaha, həmçinin onun əsas sima olacağı idman layihəsi təqdim ediləcəyi vurğulanır.

