"Leypsiq" və "Aytraxt"dan 3 cavabsız qol: Bundesliga - XI tur
ESTAFET/ Futbol üzrə Almaniya Bundesliqasında 11-ci turun oyunlarına yekun vurulub. Tura ilk oyun günü keçirilən "Hannover" - "Volfsburq" qarşılaşması ilə start verilib və görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Futbol azarkeşlərinin səbirsizliklə gözlədikləri oyun Dortmundda baş tutub. Belə ki, yerli "Borussiya" "Bavariya"nı qəbul edirdi. 5 qolun vurulduğu görüş dortmundluların qələbəsi ilə yekunlaşıb.
Son oyun günündə "Leypsiq" və "Aytraxt" evdə müvafiq olaraq "Bayer" və "Şalke"ni 3 cavabsız qolla məğlub etməyi bacarıblar.
Almaniya Bundesliqası, 2018/2019 mövsümü
11-ci turun oyunları
9 noyabr 2018
Hannover - Volfsburq 2:1
Qollar: Maina 31, Bebu 63 (p.) : Veqorst 82
10 noyabr 2018
Fortuna - Herta 4:1
Qollar: Usami 50, Henninqs 63, Raman 84, 90 : Selke 88
Frayburq - Maynts 1:3
Qollar: Sallai 72 : Qbamin 6, Mateta 18, Onisivo 75
Hoffenhaym - Auqsburq 2:1
Qollar: Kramariç 65 Nelson 83 : Finnboqason 69
Nürnberq - Ştutqart 0:2
Qollar: Baumqartl 68, Tommi 82
Verder - Borussiya (M) 1:3
Qollar: Şahin 59 : Plea 39, 48, 52
Borussiya (D) - Bavariya 3:2
Qollar: Roys 49 (p.), 67, Alkaser 73 : Levandovski 26, 52
11 noyabr 2018
Leyptsiq - Bayer 3:0
Qollar: Poulsen 27, 85, Klosterman 68
Ayntraxt - Şalke 3:0
Qollar: Yoviç 61, 73, Haller 80