3 cüdoçumuz Özbəkistanda qızıl medal qazanıb

ESTAFET/ Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən cüdo üzrə Qran Pri yarışının son günü Azərbaycan millisi üçün uğurlu olub. Belə ki, 3 cüdoçumuz mötəbər turnirin qızıl medalına layiq görülüb.

 

Məmmədəli Mehdiyev (-90 kq), Elmar Qasımov (-100 kq) və İrina Kindzerska (+78 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

 

Beləliklə cüdoçularımız Daşkənd turnirini 3 qızıl, 1 bürünc medalla başa vurublar. Xatırladaq ki, yarışın ilk günü Nicat Şıxəlizadə bürünc medala sahib olmuşdu. 

Müəllif: Natiq NƏSİROV