Türkiyə İsveçi, İtaliya Portuqaliyanı qəbul edir: Millətlər Liqası
ESTAFET/ Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun növbəti oyunları keçiriləcək. 3-cü oyun günündə 7 qarşılaşma baş tutacaq.
Millimizin yer aldığı D liqasının 3-cü qrupundakı oyunların da bu gün keçirilməsi nəzərdə tutulub. Farer adaları yığmasını qəbul edəcək Qurbanovun futbolçularına növbəti mərhələ şansı saxlamaq üçün bu oyunda yalnız qələbə lazımdır. Qrupun digər oyununda lider Kosovo səfərdə Maltanın qonağı olacaq.
UEFA Millətlər Liqası
17 noyabr 2018
A Liqası
3-cü qrup
23:45. İtaliya - Portuqaliya
B Liqası
2-ci qrup
21:00. Türkiyə - İsveç
C Liqası
1-ci qrup
23:45. Albaniya - Şotlandiya
4-cü qrup
18:00. Serbiya - Monteneqro
23:45. Rumıniya - Litva
D Liqası
3-cü qrup
21:00. Azərbaycan - Farer adaları
21:00. Malta - Kosovo