Hollandlardan vacib qələbə, Ukrayna darmadağın oldu: Millətlər Liqası
ESTAFET/ Bu gecə futbol üzrə UEFA Millətlər Liqasında 5-ci turun ikinci oyun gününün növbəti oyunları keçirilib. Gün ərzində 7 görüş baş tutub.
Günün maraqla gözlənilən qarşılaşması Hollandiyada baş tutub. Meydan sahibləri Fransaya 2 cavabsız qolla qalib gələrək qrupda vəziyyəti öz xeyirlərinə dəyişiblər.
UEFA Millətlər Liqası
16 noyabr
A Liqası
1-ci qrup
Hollandiya - Fransa 2:0
Qollar: Veynaldum 44, Depay 90 (p)
B Liqası
1-ci qrup
Slovakiya - Ukrayna 4:1
Qollar: Rusnak 6, Kuçka 26, Zrelak 52, Mak 61 : Konoplyanka 47
4-cü qrup
Uels - Danimarka 1:2
Qollar: Beyl 89 : Yorgensen 42, Breytvayt 88
C Liqası
3-cü qrup
Kipr - Bolqarıstan 1:1
Qollar: Panayotis 24 : Dimitrov 89
Sloveniya - Norveç 1:1
Qollar: Verbiç 9 : Yonsen 85
D Liqası
4-cü qrup
Cəbəllütariq - Ermənistan 2:6
Qollar: De Barr 10, Pristli 78 : Movsisyan 27; 48; 52; 54, Kataşyan 66, Karapetyan 90
Lixtenşteyn - Makedoniya 0:2
Qollar: Bardi 53, Nestarovski 90