DÇ-2016: İKİNCİ GÜN GÜMÜŞ QAZANDIQ
ESTAFET/ 16 noyabr tarixindən Kanadanın Burnabi şəhərində gənclər arasında taekvondo üzrə Dünya Çempionatı start götürüb. Azərbaycan yığması çempionatda Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq) qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevadan (55 kq) ibarət heyətlə iştirak edir.
Xəbər verdiyimiz kimi, yarışların ilk günündə yığmamızın 4 üzvü mübarizəyə qoşulmuşdu və onlardan biri - oğlanların yarışında 45 kq çəki dərəcəsində mübarizə aparan Ayaz Qəmbərli yığmamıza ilk medalı qazandırmışdı. Yarışların ikinci günündə daha 4 təmsilçimiz dayanq üzərinə çıxıb və komandamız aktivinə daha bir medal - gümüş medal əlavə edib.
Bütün təmsilçilərimizin nəticələrini təqdim edirik.
Qızlar - 46 kq
1/32 final: Nərgiz Mirzəyeva - Gerelt Od Baasandorj (Monqolstan) 0:12 TÜ
Qızlar - 49 kq
1/32 final: Sevda Pirseyidova - Sara Daniela Zapata (Kolumbiya) 5:6
Oğlanlar - 51 kq
1/32 final: Bəhruz Quluzadə - Lusian Jerak (Xorvatiya) 13:17
Oğlanlar - 55 kq
1/32 final: Qaşım Maqomedov - Taras Malçenko (Ukrayna) 10:6
1/16 final: Qaşım Maqomedov - Youhe Huanq (Çin) 16:2
1/8 final: Qaşım Maqomedov - Daniel Alexandro Qonzales (Meksika) 12:0 TÜ
1/4 final: Qaşım Maqomedov - Qabriel Kaulo (İtaliya) 8:7
Yarımfinal: Qaşım Maqomedov - Əli Baseri (İran) 21:8
Final: Qaşım Maqomedov - Çan-Ho Junq (C.Koreya) 0:12