Hollandiya çətin vəzifənin öhdəsindən gəldi: Millətlər Liqası
ESTAFET/ Bu gün futbol üzrə UEFA Millətlər Liqasında 6-cı turun növbəti oyunları keçirilib. İkinci oyun günündə ümumilikdə 9 görüş baş tutub. Bu oyunlardan sonra növbəti mərhələyə yüksələn daha 3 komandanın adına aydınlıq gəlib.
Günün əsas oyunu A Liqasında keçirilib. Belə ki, növbəti mərhələ şansını itirən və qrupda sonuncu olması dəqiqləşən Almaniya Hollandiyanı qəbul edirdi. "Narıncıları" bu görüşdə heç-heçə də qane edir ki növbəti mərhələyə adlasınlar. İlk hissədə almanlar 2 qol vuraraq hollandları çətin duruma salmışdılar. Lakin oyunun son 5 dəqiqəsində 2 qol vuran hollandlar şətin vəzifənin öhdəsindən gəliblər.
UEFA Millətlər Liqası
19 noyabr 2018
A Liqası
1-ci qrup
Almaniya - Hollandiya 2:2
Qollar: Verner 9, Sane 20 : Promes 85, Van Diyk 90
B Liqası
1-ci qrup
Çexiya - Slovakiya 1:0
Qol: Şik 32
4-cü qrup
Danimarka - İrlandiya 0:0
C Liqası
3-cü qrup
Bolqarıstan - Sloveniya 1:1
Qollar: İvanov 68 : Zayç 75
Kipr - Norveç 0:2
Qollar: Kamara 36, 48
D Liqası
1-ci qrup
Andorra - Latviya 0:0
Gürcüstan - Qazaxıstan 2:1
Qollar: Merebaşvili 59, Çakvetadze 84 : Omirtayev 90
4-cü qrup
Makedoniya - Cəbəllütariq 4:0
Qollar: Bardi 27, Nestorovski 67, 80, Traykovski 90
Lixtenşteyn - Ermənistan 2:2
Qollar: Buçel 44, Hasler 47 : Adamyan 9, Karapetyan 85