AVROPA ÇEMPİONATINDA 4 GÜN GERİDƏ QALDI

ESTAFET/ Xəbər verdiyimiz kimi, Sofiyada (Bolqarıstan) qadın boksçular arasında Avropa Çempionatı başlayıb. Yığmamız çempionatda Əzizə Abbasova (48 kq), Anaxanım Ağayeva (51 kq), Anna Əlimərdanova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Yana Alekseyevna (60 kq), Şəhla Allahverdiyeva (64 kq), Elena Vistropova (69), Leyla Cavadova (81 kq) və Aynur Rzayevadan (+81 kq) ibarət tərkiblə təmsil olunur.

 

Artıq yarışlarda ilk 4 gün geridə qalıb. Bu müddət ərzində rinqə çıxan təmsilçilərimizdən Əzizə Abbasova, Anaxanım Ağayeva, Yana Alekseyevna və Şəhla Allahverdiyeva ilk görüşlərindən məğlub olaraq mübarizəni dayandırıblar. Anna Əlimərdanova və Məhsəti Həmzəyeva isə görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər.

 

Boksçularımızın nəticələrini təqdim edirik:

 

48 kq

1/8 final: Əzizə Abbasova - Virginya Barankay (Macarıstan) 0:3

 

51 kq 

1/8 final: Anaxanım Ağayeva - Yelena Savelyeva (Rusiya) 0:3

 

54 kq 

1/8 final: Anna Əlimərdanova - Helina Bruyeviç (Belarus) 3:0

 

57 kq 

1/8 final: Məhsəti Həmzəyeva - Ana Staravoytova (Litva) 2:0

 

60 kq 

1/8 final: Yana Alekseyevna - Esra Yıldız (Türkiyə) 1:2

 

64 kq 

1/8 final: Şəhla Allahverdiyeva - Gülsüm Tatar (Türkiyə) 0:3

 

Təmsilçilərimizdən Leyla Cavadova və Aynur Rzayeva yarışların 5-ci (19 noyabr), Yelena Vistropova isə 9-cı günündə rinqə çıxacaqlar. Onların rəqibləri müvafiq olaraq Xorvatiya, Ukrayna və İtaliya boksçuları olacaq.