DÇ-2016: ÜÇÜNCÜ GÜNÜ MEDALSIZ BAŞA VURDUQ

ESTAFET/ Xəbər verdiyimiz kimi, Kanadanın Burnabi şəhərində gənclər arasında taekvondo üzrə Dünya Çempionatı start götürüb. Azərbaycan yığması çempionatda Ayaz Qəmbərli (45 kq), Cavid Məmmədov (48 kq), Bəhruz Quluzadə (51 kq), Qaşım Maqomedov (55 kq), Əli Məmmədov (59 kq), Nicat Musayev (63 kq), Əliəsgər Əliyev (68 kq), Mert Çiçek (73 kq) qızlardan isə Mehriban Məmmədova (42 kq), Aliyə Zeynalova (44 kq), Nərgiz Mirzəyeva (46 kq), Sevda Pirseyidova (49 kq), Leyla Məmmədova (52 kq) və Diana Hacıəliyevadan (55 kq) ibarət heyətlə iştirak edir.

 

Bu gün yarışlarda 3-cü gün idi və daha 4 taekvondoçumuz - Əli Məmmədov, Nicat Musayev, Leyla Məmmədova və Diana Hacıəliyeva mübarizəyə qoşulmuşdu. Lakin onlardan heç biri mükafatçılar sırasına düşməyi bacarmayıb.