Universal döyüşçülərimiz Rusiyadan uğurla qayıdırlar
ESTAFET/ Rusiyanın Medin şəhərində universal döyüş üzrə dünya çempionatı keçirilib. Klassik və layt versiyaları üzrə təşkil edilən çempionatda Elşən İsmayılovun rəhbərliyi altında Azərbaycan idmançılarının çıxışı uğurlu alınıb.
Ümumilikdə 58 ölkədən 350-dək idmançının qatıldığı yarışda klassik versiyada 80 kiloqram çəki dərəcəsində mübarizə aparan Nicat Əliyev bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Millimizin digər üzvləri Asif Səmədli (90 kq) gümüş, Fərid Hüseynov (65 kq), Orxan Qurbanov (75 kq) və Mehman Hüseynov (85 kq) bürünc medala sahib olublar.
Layt versiyada isə Orxan Şükürov (75 kq) çempionatı ikinci, Əli Həsənli (80 kq) və Namiq Əlizadə (90 kq) üçüncü pillədə başa vurublar.