FORMULA 1: MEKSİKA QRAN PRİSİ
ESTAFET/ 28-30 oktyabr tarixlərində Mexiko şəhərində (Meksika) Formula-1 yarışlarının növbəti mərhələsi - Mexican Grand Prix - keçirilib.
FORMULA-1: GRAN PREMIO DE MEXICO 2016 |
||||
Tarix |
Trass |
Dövrə uzunluğu |
Dövrə sayı |
Məsafə |
28-30.10.2016 |
Mexico |
4304 m |
71 |
305.354 km |
AZ BULUDLU, QURU. HAVA +19...22 C, TRASS +50...45 C |
Yürüşün qalibi 1:40.31.402 vaxt göstəricisi ilə Böyük Britaniya təmsilçisi Lyuis Xemilton (Mercedes AMG F1) olub. Mövsümün lideri alman pilot Niko Rosberq (Mercedes AMG F1) finişi xəttini ikinci (+8.354), avstraliyalı Daniel Rikkardo (Red Bull Racing) isə üçüncü (+20.258) keçib.
Yürüşün ən yaxşı dövrəsini Daniel Rikkardo müəyyənləşdirib. O, 53-cü dövrəni 190.972 km/saat sürətlə 1.21.134 saniyə qət edib.