Xuan Mata qərarını verdi

ESTAFET/ “Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Mata karyerası ilə bağlı qərarını verib. ESPN-nin yaydığı məlumata görə, ulduz futbolçu komandasında qalmaq niyyətindədi.

 

Bir neçə klubdan təklif alan 30 yaşlı oyunçu “qırmızı şeytanlar”la yeni sözləşmə imzalamağa hazırdı. Tərəflər arasında bununla bağlı danışıqlara da artıq start verilib.

 

Qeyd edək ki, Xuan Matanın “Mançester Yunayted”lə müqavilə müddəti cari mövsümün sonuna qədərdi. 

 

Mənbə: Matç

Müəllif: Estafet.az