"Real" Neymar transferindən imtina etdi
ESTAFET/ "Real” PSJ-nin hücumçusu Neymarla bağlı fikrini dəyişib. İspaniya mətbuatının məlumatına görə, Madrid klubu bu keçiddən imtina edib.
Bunadək isə, mətbuatın iddiasına görə, Neymar mövsümün sonu üçün prioritet hədəf idi. Lakin, madridlilərin prezidenti Florentino Peres braziliyalının keçidinə müsbət rəy verməyib. Buna səbəb azarkeşlərin sabiq “Barselona”lının transferinə qarşı çıxmasıdı.
Qeyd edək ki, PSJ-də xoşbəxt olmadığı bildirilən Neymar gələn yay klubunu dəyişmək niyyətindədi.