"Qəbələ"dən qələbə, "Qarabağ" xal itirdi: TPL - XII tur

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 12-ci turun oyunlarına start verilib. İlk oyun günündə həmişəki kimi 2 görüş keçirilib. 


Öncə “Keşlə” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib. Birinci dövrədə qarşılıqlı qollarla heç-heçəyə razılaşan (1:1) bu komandaların görüşündə bu dəfə qəbələlilər üstün olub. 


Günün son oyununda “Qarabağ” mövsümün debütantı “Sabah”ı sınağa çəkirdi. İlk dövrədə 2 cavabsız qolla qalib gələn ağdamlılar bu dəfə xal itkisi ilə üzləşiblər. Belə ki, birinci hissənin son dəqiqələrində vurulan qarşılıqlı qollardan sonra oyunda başqa qol olmayıb. 


Topaz Premyer Liqası, 2018/2019 mövsümü
12-ci turun oyunları


24 noyabr 2018


Keşlə - Qəbələ 1:2
Qollar: Amil Yunanov 38 : Ceyms Adeniyi 17, Voislav Stankoviç 20
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Cavanşir Yusifov, Kamal Umudlu.
Bakı. “ASK Arena”


Keşlə: 30. Davud Kərimi, 33. Tərlan Quliyev (k), 3. Denis Silva, 93. Edvinas Girdvainis, 2. Sərtan Taşqın, 4. Slavik Alxasov, 22. Nikola Mitroviç, 90. Ebrima Sohna, 17. Samir Məsimov, 9. Amil Yunanov, 14. Andre Klennon.
Ehtiyat oyunçular: 16. Şahin Zəkiyev, 65. Cabir Əmirli, 71. Emin Quliyev, 18. Ruslan Əmircanov, 10. Ruslan Nəsirli, 88. Məmməd Quliyev, 11. Bahodir Nasimov, 7. Vaqif Cavadov, 80. Diallo Quydileye, 21. Herve Tçami, 31. Georgios Georgiadis, 94. Seymur Əsədov.
Baş məşqçi: Tərlan Əhmədov.
Qəbələ: 22. Dmitri Bezotosnı, 3. Voislav Stankoviç, 4. Elvin Camalov, 14. Cavid Hüseynov (k), 17. Ceyms Adeniyi, 21. Atakora Lalavele, 27. Bəhlul Mustafazadə, 28. Stiven Monroz, 33. Təmkin Xəlilzadə, 34. Urfan Abbasov, 88. Sabien Lilay.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 35. Murad Popov, 7. Roman Hüseynov, 5. Rasim Ramaldanov, 8. Qismət Alıyev, 10. Rauf Əliyev, 11. Asif Məmmədov, 18. İlqar Qurbanov, 32. Amin Seydiyev.
Baş məşqçi: Sənan Qurbanov.


Qarabağ - Sabah 1:1
Qollar: Yakub Jezniçak, 45+1 : Elgün Nəbiyev 44
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 4. Rahil Məmmədov, 8. Markos Madera (k), 9. Araz Abdullayev, 10. Dani Kintana, 17. Abdullah Zubir, 19. Filip Ozobiç, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov, 52. Yakub Jezniçak, 77. Donald Gerye.
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson, 13. Vaqner Da Silva, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 11. Mahir Mədətov,
14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 25. Ansi Aqolli, 28. Con Delarj, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
Sabah: 30. Saşa Stamenkoviç, 13. Filip İvanoviç, 15. Erik Ramos, 25. Vanderson Silva, 22. Miloş Bosançiç, 21. Novruz Məmmədov, 19. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev (k), 4. Tərzin Cahangirov, 32. Elvin Yunuszadə, 11. Elgün Nəbiyev.
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 27. Bəxtiyar Soltanov, 6. Vadim Abdullayev, 3. Elvin Bədəlov, 14. Tural Qürbətov, 7. Vitali Kvaşuk, 33. Eltun Turabov, 2. Ülvi İbazadə, 77. Şakir Seyidov, 12. Zahid Mərdanov, 97. Emil Qasımov.
Baş məşqçi: Elşad Əhmədov.

Müəllif: Natiq NƏSİROV