"Neftçi" və "Zirə"dən qələbələr: TPL - XII tur

ESTAFET/ Bu gün futbol üzrə Azərbaycan Topaz Premyer Liqasında keçirilən iki qarşılaşma ilə XII tura yekun vurulub. 


Öncə çempionatın lideri “Neftçi” “Səbail”in qonağı olub. “Ağ-qaralar” ilk dövrədə 4 cavabsız qolla məğlub etdiyi bu rəqibi səfərdə də hər hissədə bir qol vurmaqla məğlub edib.


Turun son oyununda isə “Zirə” “Sumqayıt”qəbul edirdi. Ayxan Abbasov "kimyaçılarla"debüt oyununda keçmiş komandasına uduzub.


Topaz Premyer Liqası, 2018/2019 mövsümü
12-ci turun oyunları


25 noyabr 2018


Səbail - Neftçi  0:2
Qollar: Baqali Dabo 41, Emin Mahmudov 53 (p.)
Qırmızı vərəqə: Tome Kitanovski 90+1
Hakimlər: Rauf Cabbarov, Cəmil Quliyev, Vüqar Bayramov, Sərxan İsmayılov.
Bakı. "Bayıl Arena"


Səbail: 1. Emil Balayev, 4. Enrike Perilyo, 7. Fəhmin Muradbəyli, 8. Yevgeni Koçuk, 11. Ruslan Qurbanov, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev (k), 27. Emil Martinov, 28. Kevin Kubemba, 33. Tome Kitanovski, 99. Jarjue Maudo.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 50. Fərhad Vəliyev, 18. Aqşin Qurbanlı, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 88. Orxan Qurbanlı, 70. Ürfan İsmayılov,77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.


Neftçi: 1. Səlahət Ağayev, 28. Slavko Braliç, 18. Tural Axundov, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 10. Dario Federiko, 93. Soni Mustivar, 9. Baqali Dabo, 22. Mirabdulla Abbasov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 73. Nail Alışov, 77. Elvin Sərkərov, 33. Ricat Qarayev, 70. Əli Şirinov, 37. Vüsal Əsgərov, 7. Namiq Ələsgərov, 4. Rəşad Eyubov, 11. Kvame Karikari.
Baş məşqçi: Roberto Bordin.


Zirə - Sumqayıt  3:1

Qollar: Aleksandr Dedov 30, 75, Bilal Həmdi 90+6 : Əfran İsmayılov 45+3
Hakimlər: Səbuhi Bayramov, Mübariz Haşımov, Nahid Əliyev, Rəhim Həsənov.
Bakı. “Dalğa Arena”

 

“Zirə”: 1. Anar Nəzirov (k), 2. İlkin Qırtımov, 5. Adil Nağıyev, 7. Pərdis Fərcad-Azad, 8. Kamal Mirzəyev, 9. Aleksandr Dedov, 17. Vüsal İsgəndərli, 26. Miloş Radivoyeviç, 38. İlkin Muradov, 88. Tellur Mütəllimov, 91. Bilal Həmdi

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Budaq Nəsirov, 10. Sadio Tounkara, 16. İbrahim Aslanlı, 77. Mirsahib Abbasov, 4. Müşfiq İlyasov, 39. Sadiq Quliyev, 47. Əmrah Bayramov, 27. Adrian Skarlatake

Baş məşqçi: Samir Abasov

 

Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 4. Şəhriyar Əliyev, 7. Cavid Tağıyev, 10. Aleksey İsayev, 14. Bəxtiyar Həsənalızadə, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 74. Yusif Nəbiyev, 97. Xəyal Nəcəfov, 99. Əli Babayev

Ehtiyat oyunçular: 36. Süleyman Süleymanov, 2. Rail Məlikov, 8. Orxan Əliyev, 11. Atilla Yıldırım 17. Nicat Qurbanov, 18. Süleyman Əhmədov, 44. Qvanzav Maqomedov, 60. Elvin Məmmədov, 70. Ülvi İsgəndərov, 77. Murad Xaçayev

Baş məşqçi: Ayxan Abbasov 

Müəllif: Bəhruz MƏMMƏDOV