Taşqın və Cavadov üçün əlamətdar tur

ESTAFET/ Azərbaycan Topaz Premyer Liqasının XII turu “Keşlə”də üç yubileylə əlamətdar olub. “Qəbələ” ilə ev qarşılaşması (1:2) Sərtan Taşqın və Vaqif Cavadovun klubun heyətində 50-ci çempionat oyunu kimi tarixə düşüb.

 

2014/15 mövsümündə Premyer Liqada debüt edən Sərtan bu müddətdə 3 qola imza atıb. Vaqif isə fasilələrlə bu komandada çıxış edib. O, 2013/14 və ötən mövsüm formasını geyindiyi “Keşlə”də 17 qol vurub. Taşqın üçün yubiley ikiqat əhəmiyyət daşıyıb. Yalnız bir klubda oynadığından müdafiəçi Azərbaycan çempionatlarında da 50-ci matçına çıxıb. 

Müəllif: Orxan NOVRUZOV