GƏNC BOKSÇULARIN DÜNYA ÇEMPİONATI BAŞLAYIR

ESTAFET/  Bu gün Rusiyanın "şimal paytaxtı" Sankt Peterburq şəhərində gənclər arasında boks üzrə Dünya Çempionatı start götürür. Çempionatda Azərbaycan 10 çəki dərəcəsinin 9-da təmsil olunacaq. Yalnız ən yüngül çəkidə 49 kq-da təmsil olunmuruq. Yığmamızın tam heyəti isə bu boksçulardan qurulub: Ruslan Rüstəmov (52 kq), Ramazan Abdullayev (56 kq), Sərxan Əliyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Pərviz Quliyev (69 kq), Rasim Çobanlı (75 kq), Elxan Əliyev (81 kq), Elbrus Əkbərov (91 kq) və Məhəmməd Abdullayev (+91 kq). Təmsilçilərimizin bütün ilk rəqiblərini və döyüş günlərini nəzərinizə çatdırırıq.

 

52 kq

1/32 final: Ruslan Rüstəmov - Sebstian Arbuz (Rumıniya) 18 noyabr 

 

56 kq

1/32 final: Ramazan Abdullayev - Jordan Guerra (İspaniya) 17 noyabr

 

60 kq

1/16 final: Sərxan Əliyev - Endru Perez (Venesuela) 20 noyabr

 

64 kq

1/32 final: Bəxtiyar Qazıbəyov - Behruz Raxmonov (Özbəkistan) 18 noyabr

 

69 kq

1/16 final: Pərviz Quliyev - Brayan Polaso (Puerto Riko) 20 noyabr

 

75 kq

1/16 final: Rasim Çobanlı - Şaxruxbek Rustamov (Özbəkistan) 20 noyabr

 

81 kq

1/16 final: Elxan Əliyev - Reyal Puri (Hindistan) 18 noyabr

 

91 kq

1/8 final: Elbrus Əkbərov - Dainier Pero Justiz (Kuba) 21 noyabr

 

+91 kq

1/16 final: Məhəmməd Abdullayev - Marek Korolkov (Litva) 17 noyabr