Şpaqaçılarımız Berndə keçirilən Qran Pri turnirində çıxışını başa vurub
ESTAFET/ 23-25 noyabr tarixlərində İsveçrənin Bern şəhərində şpaqa üzrə böyüklər arasında Qran Pri yarışları keçirilib.
Şpaqaçılarımız turnirdə 4 qılıncoynadanla təmsil olunub. Təmsilçilərimiz həm fərdi, həm də komanda yarışında qüvvəsini sıınayıb. Kənan Əliyev qrup mərhələsində keçirdiyi 6 görüşdə 4-də qalib gəlib. Şpaqaçımız pley-offda isveçrəli Bryus Brunolda 12:15 hesabı ilə uduzub. Qrupda keçirdiyi 6 görüşdən 1-də qalib gələn Barat Quliyev, Ruslan Həsənov və Xalid Əliyev isə mübarizəni erkən başa vurub. Komanda yarışında 1/16 finalda Fransa ilə qarşılaşan şpaqaçılarımız rəqibinə 16:45 hesabı ilə uduzub.