Kənan Əliquliyev Azərbaycan Kubokuna sahib çıxdı
ESTAFET/ 29-30 noyabr tarixlərində Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasının yarış zalında keçirilən ağır atletika üzrə Azərbaycan Kubokunda ikinci yarış günü başlayıb. Körpücük üzərinə ilk olaraq 81 kq çəki dərəcəsində mübarizə aparan kişilər çıxıb.
Kənan Əliquliyev bu çəkidə toplam 290 kq (130+160) nəticə ilə Azərbaycan Kubokuna sahib çıxıb. İkinci yeri toplam 249 kq (111+138) nəticə ilə İsmayıl Baxışov, 3-cü yeri isə 248 kq (118+130) nəticə ilə Həmid Qocayev tutub.