Aleks Sandro "Yuventus"da qaldı

ESTAFET/ "Yuventus" müdafiəçisi Aleks Sandro ilə danışıqları yekunlaşdırıb. Klubun rəsmi saytının məlumatına görə, PSJ-nin maraq dairəsində olan cinah oyunçusu "qoca sinyora"da qalmaq qərarına gəlib.

27 yaşlı oyunçu klubu ilə müqavilə müddətini yeniləyib. Braziliya millisinin üzvü 2020-ci ilə qədər olan sözləşməsinin müddətini daha 3 il uzadıb. Sandronun maaşı bonuslar istisna olmaqla 5 milyon avroya yüksəldilib.

Qeyd edək ki, Aleks Sandro "Yuventus"a 2015-ci ildə "Porto"dan keçib. 

Müəllif: Orxan NOVRUZOV