DÜNYA ÇEMPİONATINDA 3-CÜ GÜN
ESTAFET/ Xəbər verdiyimiz kimi Sankt Peterburq (Rusiya) şəhərində gənc boksçuların Dünya Çempionatı keçirilir.
 

Bu gün çempionatda 4-cü döyüş günüdür və bü gün Peterburq rinqində daha 3 boksçumuz mübarizəyə qoşulur.

 

Günorta seansında rinqə çıxan Sərxan Əliyev (60 kq) ilk qələbəsini qazanıb. Rasim Çobanlı (75 kq) isə rinqi 0:5 hesablı məğlubiyyətlə tərk edib. 

 

60 kq

1/16 final: Sərxan Əliyev - Endru Perez (Venesuela) 3:2 

 

75 kq

1/16 final: Rasim Çobanlı - Şaxruxbek Rustamov (Özbəkistan) 0:5

 

Sərxan növbəti döyüşünü 1/8 finalda irlandiyalı Patrik Donovana qarşı noyabrın 22-də keçirəcək.

 

Axşam senasında daha bir boksçumuz - Pərviz Quliyev (69 kq) - mübarizəyə qoşulub və adını nəvbəti mərhələyə yazdırıb.   

 

69 kq
1/16 final: Pərviz Quliyev - Brayan Polaso (Puerto Riko) 3:2
 
Pərvizin növbəti mərhələdəki rəqibi ukraynalı Pavlo Qula olacaq. Onlar noyabrın 22-də görüşəcəklər.