Atletlərimiz Olimpiya lisenziyası üçün mübarizə aparacaqlar
ESTAFET/ Misirin paytaxtı Qahirədə İslam Həmrəyliyi İdman Federasiyasının 5-ci ağır atletika çempionatı keçiriləcək. Tokio-2020 Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda ağır atletika üzrə Azərbaycan yığma komandasının 3 üzvü də iştirak edəcək.
Dekabrın 14-də başa çatacaq çempionatda millimiz baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında Nailxan Nəbiyev, Kamran İsmayılov (hər ikisi - 96 kq) və Əliş Nəzərovla (102 kq) təmsil olunacaq.