"Vilyarreal" baş məşqçisini göndərdi

ESTAFET/ İspaniyanın “Vilyarreal” klubunun rəsmi saytının məlumatına görə, klub baş məşqçisi Xavyer Kalyexa ilə yollarını ayırıb. 

İspan mütəxəssisin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

“Vilyarreal”ın bu mövsüm uğursuz çıxışı Kalyexanın göndərilməsinə səbəb olub. La Liqa təmsilçisi son olaraq, “Selta”ya doğma meydanda 2:3 hesabıyla məğlub olmuşdu.

“Vilyarreal” La Liqasda 15 turdan sonra 14 xalla 17-ci pillədədi. 

Müəllif: Orxan NOVRUZOV