Millimiz Uelsdə bu stadionda oynayacaq

ESTAFET/ Futbol üzrə 2020-ci il Avropa Çempionatının seçmə mərhələsinin 4-cü turunda keçiriləcək Uels - Azərbaycan oyununun stadionu müəyyənləşib. Qarşılaşma "Kardiff Siti" stadionunda keçiriləcək. Bu barədə Uels Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

 

Uels millisi AÇ-2020-nin seçmə mərhələsindəki bütün oyunlarını bu arenada keçirəcək.

 

Uels - Azərbaycan matçı 2019-cu ildə, sentyabrın 6-da keçiriləcək. 

Müəllif: Orxan NOVRUZOV