İntizam Komitəsinin növbəti qərarları

ESTAFET/ Bu gün AFFA-da İntizam Komitəsinin növbəti iclası keçirilib. İclasda AFFA-nın bayrağı altında keçirilən müxtəlif yarışlarla əlaqəli aşağıdakı qərarlar qəbul olunub.

 

Topaz Premyer Liqasının XIV turunun “Sabah” – “Keşlə” matçında “Sabah” klubunun 4, “Keşlə” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunur (maddə 40).

 

Topaz Premyer Liqasının XIV turunun “Səbail” – “Qəbələ” matçının 85-ci dəqiqəsində “Qəbələ” klubunun 10 №-li futbolçusu Rauf Əliyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

 

Oyunun 55-ci dəqiqəsində “Qəbələ” klubunun məşqçisi Miloş Yevtic texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 800 manat cərimə olunur (maddə 62). Oyunun 63-cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52). Oyunun 68-ci dəqiqəsində “Səbail” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur (maddə 52).

 

I Divizionun XIII turunun “Şüvəlan” – “Keşlə-2” matçında “Keşlə-2” klubunun 4, “Şüvəlan” klubunun 5 futbolçuları sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun XIII turunun “Qarabağ-2” – “Sabah-2” matçının 44-cü dəqiqəsində “Sabah-2” klubunun 20 №-li futbolçusu Əli Səmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun XIII turunun “Ağsu” – “Kəpəz” matçının 83-cu dəqiqəsində “Kəpəz” klubunun 10 №-li futbolçusu Ruslan Süleymanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

 

I Divizionun XIII turunun “MOİK” – “Qaradağ Lökbatan” matçında hər iki klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 80 manat cərimə olunur (maddə 40).

 

I Divizionun XIII turunun “Neftçi-2” – “Zaqatala” matçının 66-cı dəqiqəsində “Neftçi-2” klubunun 75 №-li futbolçusu Nihad Qurbanlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48). 

Müəllif: Natiq NƏSİROV