Turun ən yaxşısı Kintana oldu

ESTAFET/ “InStat”ın təhlilinə əsasən Topaz Premyer Liqasının 2018/2019-cu illər mövsümünün XIV turunun ən yaxşı futbolçusu məlum olub.

 

“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana bu həftə hamıdan fərqlənib. “Zirə”yə qarşı görüşdə 60 dəqiqə meydanda olan ispan futbolçu het-triklə yadda qalıb. Araşdırmalara əsasən Dani Kintana turun ən yaxşı indeksə malik futbolçusudur. 

Müəllif: Məsim MƏSİMZADƏ