"Neftçi" "Keşlə"ni məğlub etdi

ESTAFET/ "Neftçi” PFK-nın U-19 komandası Gənclər Liqasında növbəti oyununu keçirib. 19 yaşlılardan ibarət komanda 12-ci turda "Keşlə”li həmyaşıdları ilə qarşılaşıb. "ASK Arena”da baş tutmuş görüşdə "Neftçi” 3:2 hesabı ilə qalib gəlib. Komandamızın qollarını Emil Quluzadə, Abdulla Rzayev və Cavid Nəcizadə vurublar.

Müəllif: Natiq NƏSİROV